Accessibility links

Liviya sahilində Norveç gəmisinin xilas etdiyi 800 miqrant çənbə günü İtaliyaya gətirilib.

İtaliyanın Sahil Mühafizə Xidməti miqrantlar arasında 48 uşaq və 94 qadının olduğunu bildirib. Qrupdakı miqrantların çoxunun Suriya və Afrikada Böyük Səhraaltı bölgədən gəldiyi ehtimal edilir.

Miqrantlar Reccio Kalabriya limanına gətirilib və sağlamlıq testindən keçiridikdən sonra onlar İtaliyanın müxtəlif regionlarındakə mərkəzlərə göndəriləcək.

Avropa İttifaqının sərhədlərin idarəsi agentliyi Frontex bildirib ki, iyul ayında Yunanıstan vasitəsilə ittifaq ərazisinə 49 min 550 miqrant daxil olub. Bu, 2014-cü il ərzində Avropa İttifaqı ərazisinə daxil olmuş miqrantların sayından artıq göstəricidir.

Avropa İttifaqının liderləri üzv ölkələri agentliyə yardımla bağlı öhdəliyə əməl etməyə çağırıb.

XS
SM
MD
LG