Accessibility links

İki həftədən sonra mühacirlər dənizdən xilas edilib


Somali, Misir və Sudandan olan 100-ə yaxın miqrant İtaliya xilasetmə qüvvələri tərəfindən dənizdə xilas edilib.

Rəsmilər deyir ki, mühacirlər Sisiliya adasına çərşənbə axşamı gətirilib.

Mühacirlər həyatlarını riskə ataraq Avropaya qaçmaq istəyirlər. Rəsmilər bunun qarşısının alınmasına dair müzakirələrə başlayıb.

Fransa prezidenti deyib ki, o, BMT-nin Avropa İttifaqından insan qaçaqçılığı ilə məşğul olanların qayıqlarının dağıdılmasına icazə verməsini istəyib.

Ancaq İtaliyanın Qırmızı Xaç Cəmiyyətinin prezidenti xəbərdarlıq edib ki, qayıqlara insanlar doldurulmazdan əvvəl onları bombalamaq təklifi çıxış yolu deyil.

Mühacirlərin Avropaya axının qarşısını alacaq planın olmaması, yaranmış mühacir böhranına görə tənqidlərə məruz qaldıqdan sonra Avropa İttifaqı axtarış və xilas əməliyyatlarını üç dəfə artırmaq qərarına gəlib.

Bu addım dənizdə xilas olub, İtaliyaya gətirilən miqrantlar və bir neçə gün əvvəl Liviyadan gəmi ilə Avropaya getmək istəyərkən dənizdə boğulan 900-ə yaxın mühacir üçün keçirilən dəfn mərasimindən sonra atılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG