Accessibility links

Lüksemburq görüşü Aralıq dənizində batmış gəminin sərnişinlərinin axtarışının davam etdirildiyi vaxt keçirilir

Avropa İttifaqının xarici və daxili işlər nazirləri Aralıq dənizi regionunda miqrasiya fəlakətini müzakirə etmək üçün Luksembruqda birgə iclas keçirir.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini deyib ki, "avropalılar olaraq belə hadisələrin bir də baş verməməsinə yol verməmək ittifaqın mənəvi borcudur”.

İtaliya Aralıq dənizinin Liviya sahilində yüzlərlə mühaciri daşıyan aşmış qayığın axtarışlarını və xilasetmə əməliyyatlarını davam etdirir. Eyni zamanda isə onlar Sisiliya şəhəri sahilinə yaxın digər qayıqda gələn suriyalı mühacirləri xilas edirlər.

Türkiyədən yola çıxan və Avropaya səfər edən qayıqda olan 98 mühacir arasında 13 uşaq da olub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Karlotta Sami bildirib ki, Avropada daha yaxşı həyat axtaran mühacirlər Avropaya çatmaq üçün müxtəlif səyahət marşrutlarından istifadə edirlər.

Liviya sahilində batmış gəmidə olan təxminən 700 sərnişinin öldüyü güman edilir. Sərnişinlərin dəqiq sayının isə heç bir zaman təyin edilə bilməməsi ehitmalı yüksəkdir.

Rəsmilər Lampedusa adasından 200 kilometr məsafədə 28 nəfərin xilas olunduğu və 24 insanın cəsədinin çıxarıldığını bildirib. Xilasetmə işçiləri itkin düşənlərin əksəriyyətinin 20 metr uzunluğunda olan gəminin içində ilişib qaldığını ehtimal edirlər.

Son zamanlar 2015-ci ildə Aralıq dənizində ölənlərin sayı artıq 1500-ü ötüb. Ötən il isə bu rəqəm 90 olub.

XS
SM
MD
LG