Accessibility links

İtaliyanın xilasediciləri qar uçqunu altında qalan mehmanxanada 10 nəfərin sağ olduğunu bildirir. Onların 8-i qar altından çıxarılmasa da, xilasedicilər onlarla təmas yarada bilib. İki nəfər artıq xilas edilib.

Gecə boru aparılan xilas əməliyyatları itkin düşən 30 nəfərin axtarışı mahiyyəti daşıyıb. Onlar arasında 4 uşaq olduğu deyilir.

Farindol şəhərində dördulduzlu Rigopiano otelinin qar uçqununa məruz qalmasına həmin günün səhəri mərkəzi Abruzzo regionunda baş verən bir neçə güclü zəlzələ səbəb olub.

Televiziyada dağılmış otelin içərisindən video ilə çəkilən görüntülərdə qar kütləsinin otelin divarlarından dəhlizə dolduğu nümayiş etdirilir. Dağıntılar altından azı iki nəfər xilas edilib. İki nəfərin cəsədi tapılıb.

Xəbər agentlikləri bundan əvvəl fəlakət nəticəsində çox sayda insanın həlak olduğu xəbərini verib. Lakin yerli rəsmilər bu məlumatı təsdiqləməyib.

XS
SM
MD
LG