Accessibility links

İtaliya qəzeti Azərbaycanla bağlı qalmaqaldan yazdı


Volonto
Volonto

Azadliq.info-nun verdiyini məlumata görə, İtaliyanın İl Fatto qəzeti Azərbaycanla bağlı yeni qalmaqal barədə yazı dərc edib. Bu dəfə rəsmi istintaq materiallarına əsasən.
Söhbət Azərbaycan hökumətindən alınan 2 milyon 390 min avro həcmində rüşvətdən gedir. Milan prokurorlarının ittihamına görə, deputat Luka Volonte bu qədər çirkli pulu ağartmaq istəyib, buna görə də ona qarşı cinayət işi başlanıb. "Məsələnin konturlarını anlamaq üçün bir qədər geriyə boylanmalıyıq. Belə ki, 2013- cü il, yanvar ayının 23-də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə səslə qəbul etmədi. Prokurorların ittihamına görə, bu qərar o zamanlar İtaliya deputat heyətinin nümayəndəsi kimi Parlament Assambleyasının sədr müavini olan Luka Volontenin “xarici dövlətin siyasi maraqlarını qorumaq” məqsədilə 2 milyon 390 min avro rüşvət alması hesabına təmin edilib" - deyə qəzet yazır.

Bundan əlavə, prokurorların ittihamında deyilir ki, bu rüşvət Azərbaycandakı Baktelekom MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın Polux Management LP və Estoniyanın Danske Bankı iştirak edib.

Luka Volonteyə pulların təhvil verilməsində Azərbaycandan olan deputat Elxan Süleymanov və onun Müslüm Məmmədov kimi həmkarları vasitəçilik ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG