Accessibility links

İtaliya qüvvələri Liviya sahillərində 4400 miqrantı xilas edib


İtaliyanın sahil mühafizəçiləri bildirib ki, bu gün İtaliya qüvvələri 20-dən çox gəmidən kömək istəyi alandan sonra Liviya sahillərində detallı axtarışdan sonra 4 min 4 yüz miqrantı xilas edə bilib.

İtaliya müntəzəm olaraq oxşar xilas əməliyyatları həyata keçirərək yüzlərlə miqrantı öz sahillərinə çıxarsa da, dünənki əməliyyatın miqyası misli görünməyən dərəcədə geniş olub.

Bu il indiyədək 100 mindən çox insan Aralıq dənizi vasitəsilə İtaliyaya keçə bilib.

Güclü dalğalı silarda kiçik qayıqlarla və həddən artıq insanın yer aldığı gəmilərlə həyata keçirilən bu səfər çox təhlükəli olur.

Bu gün Avropaya keçmək ümidi ilə yola çıxan 2300 insan dünyasını dəyişib. 2014-cü il ərzində isə bu rəqəm 3279 olub.

Avropa qanunsuz miqrantların öhdəsindən gəlməldə çətinlik çəkir. Onlar ilk olaraq İtaliya və ya Yunanıstana ayaq basır və daha sonra Avropanın şimalda ölkələrinə üz tutur. Burada isə bəzi icmalara onlara xoş münasibətlə, bəziləri isə etirazlarla qarşılayır.

XS
SM
MD
LG