Accessibility links

İtaliyada zəlzələsi nəticəsində dağılan tikililərlə bağlı istintaq başlanır


İtaliya rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü zəlzələsi nəticəsində 4 şəhərdə dağılan tikililərlə bağlı təhqiqata başlanır.

İstintaq yalnız yeni inşa edilən binalar deyil, bina kodları və anti-seysmik mühəndis qaydalarını pozaraq qədim evləri dəyişdirən mülkiyyət sahiblərini də nəzərdə tutur.

Bundan əlavə Italiya muzeyləri zəlzələdən dağılan şəhərlərə yardım edəcək.

Bazar günü bütün muzeylərdə biletlərdən əldə edilən gəlir dağılan şəhərlərin bərpasına yönəldiləcək.

Bunu Avqustun 28-də İtaliyanın mədəniyyət naziri Dario Fransisko bildirib.

Associated Press xəbər verir ki, nazir ölkə sakinləri və turistləri muzeylərə getməyə və bununla həmrəylik göstərməyə çağırıb.

Nazirin sözlərinə görə, 300-ə yaxın tarixi bina zədələnib və ya dağılıb. Zəlzələ nəticəsində 2 mindən çox adam evsiz qalıb.

İtaliyanın baş naziri bərpa işlərinə 50 milyon avro ayrılacağını bildirib.

Avqustun 24-də İtaliyanın mərkəzinda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 300-ə çatıb.

Bundan başqa xeyli sakin itkin düşmüş hesab olunur. Dünən ölkədə milli matən günü elan edilib.

XS
SM
MD
LG