Accessibility links


İtaliyada yeni kabinetin başçısı və kabinet üzvlərinin andiçmə mərasimi keçirilən zaman baş nazirin ofisi qarşısında atışma zamanı iki polis yaralanıb.

Atışma baş nazir Enriko Lettanın mərkəz solçu qüvvələri və keçmiş baş nazir Silvio Berluskonunin mühafizəkar bloku arasında koalisiya hökuməti yarada bilməsindən sonra kabinet nazirləri ilə prezident sarayında and içdiyi zaman baş verib.

Şahidlərin 40 yaşlarında hündür bir kişi kimi təsvir etdikləri şəxs atışmadan bir qədər sonra polis tərəfindən həbs edilib.

Polis zabitlərindən biri boğazından yaralandığı üçün onun vəziyyəti ağır olaraq qalır, lakin həkimlər onların ikisinin də sağalacağını gözləyir.

Atışmanın yeni hökumətin andiçmə mərasimi ilə əlaqadar olub-olmadığı hələlik aydın deyil. Lakin insident ölkədə siyasi gərginliklərinin yüksək həddə çatdığı bir dövr baş verib.
XS
SM
MD
LG