Accessibility links

110 nəfər İtaliya Sahil Təhlükəsizliyi tərəfindən xilas edilib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) verdiyi məlumata əsasən, Aralıq dənizini hava ilə doldurulmuş rezin qayıqla keçməyə çalışan azı 200 nəfər ölüb, 100 nəfər isə itkin düşüb.

Əsas etibarilə Səhra-altı Afrika ölkələrindən olan mühacir və qaçqınlarla dolu dörd qayıq Liviyanı tərk edərək İtaliyaya doğru yola düşüb. Artıq üç qayıq tapılıb.

BMT-nin verdiyi məlumata əsasən, bazar günü artıq bir qayıqda 29 sərnişinin öldüyü bildirilib, 110 nəfər isə İtaliyanın Sahil Təhlükəsizliyi xidməti tərəfindən xilas edilib və Lampedusa adasına gətirilib.

Lakin digər iki qayıqdakı116 sərnişindən yalnız 9-u xilas edilib.

“Bu böyük faciədir və bizə dəniz yolu ilə təhlükəsizlik axtaran insanların həyatlarının riskdə olduğunu bri daha xatırladır,”-deyə bəyanatında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa bürosunun direktoru bildirib.

XS
SM
MD
LG