Accessibility links

İtaliyanın cənub bölgəsində sərnişin avtobusunun yoldan çıxaraq, 15 metr dərinlikdəki dərəyə düşməsi nəticəsində azı 36 nəfər ölüb. Hadisə yerinə gələn xilasedicilər avtobusun qırıntıları altından 11 nəfəri sağ çıxarıb və yaralılar xəstəxanaya aparılıb.

İçərisində 50 nəfərə qədər adam olan avtobusun Kampaniya bölgəsindən Neapol şəhərinə gedən zaman qəzaya düşdüyü bildirilir.

Qəzanın səbəbi hələlik məlum deyil.
XS
SM
MD
LG