Accessibility links

Bu gün səhərə yaxın İtaliyanın mərkəz bölgəsində baş verən güclü zəlzələ azı 73 nəfərin ölümünə səbəb olub və episentrə yaxın ərazilərə ciddi zərər vurub.

Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi episentri cənub-şərqdəki Norcia şəhərindən 10 km-lik məsafədə olan zəlzələnin gücünün 6.2 bal olduğunu bildirib.

Mərkəzi İtaliyada səhər saat 3:30-da baş verən zəlzələnin tarixi binaları olan paytaxt Roma da daxil edilməklə, böyük ərazini titrətdiyi deyilir.

Mərkəz bölgədəki Amatrice şəhərinin meri Sercio Pirossi dövlətin RAİ xəbər agentliyinə insanların dağıntılar altında qaldığını və şəhərin böyük hissəsinin dağıldığını deyib.

Xilasedicilərin gün ərzində dağıntılar altında qalan insanları axtardığı bildirilib.

XS
SM
MD
LG