Accessibility links

İtaliyada xilasetmə işləri davam edir


İtaliyanın Mülki Müdafiə Agentliyinin bildirdiyinə görə, çərşənbə günü ölkənin mərkəzində baş verən zəlzələ azı 247 nəfərin ölümünə, 360 nəfərdən çoxunun yaralanmasına səbəb olub.

​Yerli vaxtla gecə saat 3:30-da mərkəzi episentri cənub-şərqdəki Norcia şəhərindən 10 km-lik məsafədə olan zəlzələnin gücü 6.2 bal olub. Ən güclü təkan Amatrice və Akumoli şəhərləri olan ərazini əhatə edib ki, bu şəhərlərdə böyük dağıntılar olub.

Mülki Müdafiə Agentliyi Amatrice şəhərində ölənlərin sayının 53 nəfər olduğunu və 150 nəfərə qədər insanın itkin düşdüyünü təsdiq edib. Xilasedicilər dağıntılar altında qalanların axtarışını sübh saatlarında davam etdirib.

İtaliyanın baş naziri Mateo Renzi zəlzələnin dağıtdığı bölgəyə vertolyotla səfər edib və xilasetmə işlərində iştirak edən könüllülərlə görüşüb.

Roma Papası Fransis zəlzələ zamanı həyatını itirən insanlara və dağılan şəhərlərə görə kədərini ifadə edib və qurbanların ruhuna dua oxunması üçün Vatikanda keçiriləcək böyük mərasimi təxirə salıb.

XS
SM
MD
LG