Accessibility links

İtalyan alim Misirdə qətlə yetirilib


Bir həftə əvvəl itkin düşən italiyan tələbənin cəsədi Misirin paytaxtı Qahirə yaxınlığında tapılıb.

İtaliya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Culio Regenin cəsədi çərşənbə günü Qahirədən İskəndəriyyə şəhərinə gedən yol kənarında aşkar edilib. Tələbənin bədənində yanıq və yara izləri olub ki, bu da onun işkəncəyə məruz qaldığına işarədir.

Nazirlik Misirin Romadakı səfirliyinə müraciət edərək, İtaliya ekspertlərinin cəlb edilməsi də daxil edilməklə, Reginin ölümü ilə bağlı təhqiqata maksimum yardım etməsini istəyib.

Britaniyanın Kembric universitetində aspirant olan 28 yaşlı Regini Misirə doktorluq dissertasiyası üçün tədqiqat aparmaq məqsədilə gedib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG