Accessibility links

İtaliyanın məşhur Parmejan pendiri [Video]


Dünya boyu insanlar üstünə Parmejan pendiri çəkilmiş makaronu sevir. Bu pendirə İtaliyanın şimalındakı Emilia-Parmayna regionundakı Parma şəhərinin adı verilib. Bu bölgə özünün, parmijano-reciano pendiri və parma əti olmaqla, dadlı mətbəxi ilə məşhurdur. Bu, o deməkdir ki, başqa Aroma ölkələri öz məhsullarına bu brend adını verə bilməzlər. Bununla belə, Parma ərzaq istehsalçıları məhsullarnın ucuz imitasiyalarının bazara çıxarılmasından ehtiyat edirlər.

800 il tarixi olan Parmejan-Reciano pendiri təmiz, çiy inək südündən hazırlanır. Bu pendir istifadə üçün iki ilə hazır olur. Parmejan pendirinin adı İtaliyanın Emiliya regionundakı Parma-Reciano bölgəsindən götürülüb. Dünyada isə bu pendirə Parmejan deyirlər.

Parmejano-Reciano konsorsumunun sözçüsü Cino Morini: “Parmejan pendiri burada istehsal olunur və bu regionda bəslənilən inəklərin südündən hazırlanır.”

Avropa qanunlarına görə bu pendirin adı olduğu kimi qalmalıdır ki, bu da pendirin coğrafi mənşəyini göstərir. “Avropanın Ədalət Məhkəməsi buna bənzəd digər məhsullar kimi Parmejanın da adının olduğu kimi qalmalı olduğunu bəyan edib. Avropa İttifaqının tarixi adların yalançı adlarla əvəz olunmasına qadağa barədəki qərarı bizim üçün çox vacibdir.” deyə, Morini bildirir.

Lakin Birləşmiş Ştatlar, Kanada və Braziliya da daxil edilməklə, bəzi ölkələrdə Parmejan adı daha tez hazırlanan və daha ucuz pendirlərə verilir. 2012-ci ildə Emilia regionunda baş verən zəlzələdən sonra bu pendir xaricdə daha çox istehsal olundu, nəinki İtaliyada. Və həmin pendirlər İtaliya bazarına da gətirildi.

Parma ət məhsulları istehsalçıları bundan şikayət edir. Parma Ət Məhsulları Korporasiyasının marketin direktoru Karlo Liporati: “Bizim ət məhsullarının istehsalı ilə bağlı problemlərimiz var. Ən böyük problemimiz isə xaricdə olduğu kimi, İtaliyada da “Parma əti” adından saxta istifadədir. Xaricdə buna italiyan əti deyirlər. Lakin bu addan istifadə o deməkdir ki. məhsul İtaliyadan və Parmadan gəlib.”

Avropa Birliyi İtaliyanın Parma əti, Fransanın Rokfor pendiri, Portuqaliyanın Madeyra şərabı kimi digər spesifik regionlardan olan məhsulların marketinqinin qorunması üzrə daha geniş iş aparmağa çalışır.

XS
SM
MD
LG