Accessibility links


İtaliyanın Baş naziri Mario Monti hökumətə başçılıq etmək təklifini nəzərdən keçirə bildiyini, lakin fevral ayında seçkilərə namizəd kimi qatılmaq fikrində olmadığını bildirib.

Bazar günü mətbuat konfransında danışan cənab Monti deyib ki, siyasi qüvvələr onun proqramını dəstəkləyib, onun baş nazir vəzifəsində qalmasını istəsə, o bunu nəzərdən keçirə bilər. O, mərkəzçi qrupların seçkilərə qatılmaq haqda təkliflərini qəbul etməyib.

Cənab Montinin cümə günü Silvio Berluskoninin partiyasının hökumətə dəstəyini geri çəkməsindən sonra baş nazir vəzifəsindən istefa verməsi ölkədə erkən seçkilərin keçirilməsinə yol açıb.

İqtisadçı Mario Monti hökumətinə keçən il noyabr ayında İtaliyanın baş naziri olmuşdu. Baş nazir kimi o, İtaliyaya iqtisadi cəhətdən etibarın artması və xarici investisiyaların cəlb edilməsi məqsədilə bir sıra ciddi iqtisadi ölçülər həyata keçirmişdir.
XS
SM
MD
LG