Accessibility links

İtaliya hökuməti irqçilik hallarını təhqiq edir


İtaliya hökuməti ölkənin ilk qaradərili kabinet nazirinin ünvanına sağçıların veb səhifələrində yazılmış təhqirlərdən sonra irqçiliklə bağlı təhqiqat aparılmasına dair göstəriş verib.

İtaliyanın bazar günü and içən yeni kabinet üzvləri arasında qaradrəili inteqrasiysa naziri Sesile Kyenge de var.

Əslən Konqo Demokratik Respublikasından olan Kyenge 30 il əvvəl İtaliyaya mühacirət edib. O, İtaliya vətəndaşıdır, italiyalı ilə evlidir, iki övladı var.

Lakin sağçıların veb səhifəsində ölkənin ilk qaradərili ilk nazirinə qarşı təhqiramiz ifadələr işlədilib.

Veb səhifədə yerləşdirilmiş yazılarda Kyenge “konqolu meymun” adlandırılıb.

Çərşənbə günü İtaiya hökuməti veb səhifələrdə yazılarlar əlaqədar təhqiqat işi açılamasına dair göstəriş verib. Təhqiqata başlamaq haqda göstəriş verən yeni bərabər imkanlar naziri Cozefa İdem veb səhifədə işlədilmiş ifadələrin irqçi xarakter daşıdğını deyib.

Kyenge haqda şərhlər təkcə internetdə yazılmayıb.

Bu həftənin əvvəli radioa danışan Şimal Liqasını təmsil edən italiyalı siyasətçi Mario Borgezio yeni hökuməti “bonqa-bonqa hökumət” adlandıraraq, afrikalıların yaxşı genləri olmadığını deyib.

Başqa siyasətçilər bu şərhlərin irqçi mahiyyət daşıdığını qeyd ediblər.

London universitetində Avropa siyasəti üzrə ekspert Andrea Mammone Şimal Liqasının şərhlərinin təəccüb doğurmadığını deyib. “Şimal Liqasından belə şərhlərin gəlməsi təəccüblü deyil. Onlar mühacirəti rədd edir, bu qadın isə İtaliyanın özündən deyil”-deyə o bildirib.

Mühacirət əleyhdarı olan Şimal Liqası keçmiş baş nazir Silvio Berluskonin müttəfiqi olub.

Andrea Mammone deyib ki, Şimal Liqasının ifadələri italyanların yalnız kiçik bir hissəsinin fikirlərini əks etdirir və irqçiliyin ölkədə yayıldığını deməyə əsas vermir.
XS
SM
MD
LG