Accessibility links

İtaliyada sərnişin gəmisi qəzaya uğrayıb


İtaliyada sərnişin gəmisi qəzaya uğrayıb
İtaliyada sərnişin gəmisi qəzaya uğrayıb

İtaliya rəsmiləri cümə günü gecə Toskana bölgəsi sahillərində gəminin qəzaya uğraması nəticəsində 70 nəfərin itkin düşdüy və üç nəfərin həlak olduğunu bildirir.


Rəsmilərin sözlərinə görə, 4 min sərnişin və ekipaj üzvü olan Kosta Konkordiya səyahət gəmisi Toskana bölgəsində adalar yaxınlığında qəzaya uğrayaıb.


Qəza sərnişinlərin şam etdiyi vaxt baş verib. Gəmidə elektrik cərəyanı probleminin olduğu bildirilir. Gəminin qəzaya uğramasının səbəbləri müəyyən deyil.


Kosta Konkordiya lüks səyahət gəmisinin uzunluğu 290 metrdir. Gəmidə 13 bar, beş restoran, dörd hövuz və 500 balkonlu otaq var.

XS
SM
MD
LG