Accessibility links

Beş Ulduz Hərəkatı siyasi mübarizəni gücləndirib

İtalyanlar son illər ölkə üçün ən mühüm seçkilərdən birində ikinci və sonuncu gün səs verir. Seçicilər uzun vaxtdır davam edən iqtisadi böhrandan və etibarsız siyasi elitanın vədlərindən narazıdır. Onlar köklü dəyişikliklər etməyə söz verən başqa partiyalara ümid edirlər.

Avropa İttifaqının digər üzv ölkələri blokun iqtisadi cəhətdən üçüncü ən inkişaf etmiş ölkəsi olan İtaliyanın gələcəyini müəyyən edə biləcək seçkiləri yaxından izləyirlər.

Səsvermə bugün günortadan sonra başa çatacaq və bunun ardınca ilk ekzit polun nəticələri bilinəcək.

Rəy sorğularına görə solçu Demokrat Partiyası və partiyanın lideri Pier Luici Bersani irəlidədir. Lakin onun koalisiya yaratmadan iqtisadi islahatları həyata keçirmək üçün qanunvericilik orqanında əksəriyyət əldə edə bilməyəcəyi gözlənilir.

Güclü populist namizəd, gülüş ustası olub sonradan siyasətlə məşğul olmağa başlayan Beppe Qrillo və onun Beş Ulduz Hərəkatının getdikcə daha çox populyarlıq qazanması parlament seçkilərinin aşkar qalib olmadan keçməsi ilə nəticələnə bilər. Bu isə öz növbəsində iqtidar koalisiyası yaratmaq üçün siyasi çəkişmələrə gətirib çıxara bilər.
XS
SM
MD
LG