Accessibility links

Limanın nəzarət qülləsinin aşması nəticəsində 5 nəfər həlak olub və bir neçə insan yaralanıb

İtaliyanın şimalında liman şəhəri şəhəri olan Genuyada yük gəmisinin limana dəyməsi nəticəsində 5 nəfər həlak olub.

Hadisə İtalya bayrağı altında üzən “Colli Nero”yük gəmisinin limandan ayrılarkən, 50 metr hündürlüyündə nəzarət qülləsinin aşdığı zaman verib.

Qəza zamanı dörd adam yaralanıb. Ancaq hadisə iş növbəsi dəyişdiyi zaman baş verdiyi üçün hələlik zərər çəkənlər haqda tam məlumat yoxdur.

İtkin düşən bəzi şəxslərin dağılan nəzarət qülləsinin içində olduğu ehtimal edilir.
XS
SM
MD
LG