Accessibility links

İtkin düşən gəminin məlumat qurğusu aşkar edilib


Axtarış mütəxəssisləri ötən il Baham adaları yaxınlığında 33 nəfərlik ekipaj üzvü ilə birlikdə batan El Faro yük gəmisinin "səs yazan aparatı"nı tapa bilib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsi bildirib ki, cihaz okean 4500 metrlik dərinliyindən aşkar edilib.

Rəsmilərin məlumatına görə, növbəti mərhələ cihazın bərpası prosesindən ibarət olacaq. Cihazda naviqasiya məlumatları və gəminin kapitan otaqında qeydə alınan kommunikasiyalar yer ala bilər.

240 metrlik karqo gəmisi keçən ilik oktyabr ayında ABŞ-ın Florida ştatından Puerto Rikonun San Huan şəhərinə gedərkən idarəni itirərək batmışdı. Gəmi Hoakin qasırğasının saatda 250 km olan küləklərinin təsirinə məruz qalmışdı. Qəza zamanı 33 ekipaj üzvünün hamısı həlak olmudu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG