Accessibility links

2012-ci ildə BMT-nin 200 yaxın əməkdaşı yerli dövlət orqanları tərəfindən tutulub

Martın 25-i Tutulmuş və İtkin Düşmüş BMT Əməkdaşları ilə Beynəlxalq Həmrəylik Günüdür.

İlkin hesabatlara görə, 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının 200 yaxın əməkdaşı yerli dövlət orqanları tərəfindən tutulub və 30-a yaxın əməkdaş qeyri-rəsmi adamlar tərəfindən qaçırılıb. Bu qaçırılma hallarından 15-i siyasi xarakter daşıyır və girov götürmə ilə nəticələnib. Əməkdaşların hamısı azad edilib.

“Gəlin bü gündən başlayaraq hər gün Birləşmiş Millətlər Təşkilatının digərlərinə kömək edərək həyatlarını riskə atan həmkarlarının şücaət və fədakarlığını təqdir edək. Bu nəcib məqsədlərə onların azadlıqları və həyatları bahasına çatmamalıyıq”, deyə BMT Baş katibi Ban Gi Munun müraciətində deyilir.

25 mart 1985-ci ildə Alek Kollet Birləşmiş Millətlər Təşkilatının Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (YİQYŞA) tapşırığını yerinə yetirərkən Livanda silahlı insanlar tərəfindən qaçırılıb. 2009-cu ildə onun cəsədi tapılıb və şəxsiyyəti müyyənləşdirilənədək 24 ildən çox müddət ərzində Alekin həyat yoldaşı və ailəsi onu sağ görəcəklərinə ümid bəsləyib.
XS
SM
MD
LG