Accessibility links

Erməni tərəfi Azərbaycan hərbçisinin cəsədini tapıb


Cəbhə xətti

Cəbhə xətti

Aprelin 16-na keçən gecə cəbhənin təmas xəttində həlak olan azərbaycanlı hərbçinin cəsədi tapılıb. Bu barədə erməni hərbi komandanlığı məlumat verib.

Mənbə bildirib ki, cəsəd mühəndis işləri zamanı tapılıb. Mərhumun adı açıqlanmır.

Azərbaycan Müdafiə Nazirliyi aprelin əvvəlində baş verən döyüşlər zamanı cavuş Seymur Baxışovun itkin düşdüyünü bildirib.

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti erməni tərəfinin Azərbaycan hərbi qulluqçusunun meyitinin tapılması ilə bağlı verdiyi xəbəri təsdiq edib.

"Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır", mətbuat xidməti bildirib.

XS
SM
MD
LG