Accessibility links

AXCP fəalının ittihamı ağırlaşdırılıb


Fuad Əhmədli
Fuad Əhmədli

Martın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədliyə qarşı irəli sürülmüş ittihamlar daha da ağırlaşdırılıb.

Fuad Əhmədli 2016-cı ildə avqustun 18-də saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun açıqlamasında qeyd edilir ki, “Azerfon” MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fətullah Gülənin çıxışları, “Hizmət imamları” adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb. AXCP də bunu təzyiqlərin davamı kimi dəyərləndirib.

Son məlumatlar görə, AXCP fəlları Fuad Əhmədli, Faiq Əmirli (AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru) və Elçin İsmayıllının (İsmayıllı rayonunda həbs edilib, AXCP fəalı, jurnalist) cinayət işləri eyni icraatda birləşdirilib.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında Fuad Əhmədliyə qarşı istintaq hərəkətləri həyata keçirilib. O, yenidən dindirilib.

“Sadəcə olaraq Fuad Əhmədliyə qarşı irəli sürülən köhnə ittihamı yenidən köçürüblər. Amma, bu dəfə ona qarşı bundan öncə irəli sürülmüş Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci hissəsi ilə deyil ikinci hissəsi ilə titiham veriblər”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Fuad Əhmədli dindirmə zamanı əvvəllər olduğu kimi hər hansı günahının olmadığını deyib.

“Fuad Əhmədli bildirdi ki, onda hər hansı gizli informasiya olmayıb, informasiyanı hər hansı gizli yolla, xakerlik etməklə əldə etməyib. Vəzifəli şəxs olmayıb. Vəzifəli şəxsin hüquqi tərifi var. Fuad Əhmədli texniki işçi olub və rəhbərlik tərəfindən ona verilən məlumatları operator kimi müştərilərə ötürüb”, vəkil qeyd edib.

AXCP fəalına qarşı əvvəlki ittihamlarda 3 ilədək həbs nəzərdə tutulurdusa, inidiki ittihamların sanksiyasında 8 ilədək həbs var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG