Accessibility links

İctimai teleradionun yeni direktoru olacaq


İctimai televiziya
İctimai televiziya

İsmayıl Ömərov direktor seçilmək üçün namizədliyini irəli sürməyib

İsmayıl Ömərov İctimai televiziyanın direktoru olmayacaq.

O Modern.az saytına bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi ilə bağlı elan olunmuş müsabiqədə iştirak etməyəcək.

İsmayıl Ömərov deyib ki, daha telekanalın baş direktoru seçilmək istəmir:

"Mənə belə gəlir ki, qanunda Baş direktorun təkrar-təkrar seçilməsi nəzərdə tutulsa da, iki dəfə kifayətdir. Əvvəla Yayım Şurasının üzvləri də iki dəfə seçilir. Baş direktor niyə çox seçilməlidir? İctimai Teleradio Azərbaycanda yeni, dünyəvi bir modeldir və bu Avropa televiziya sisteminə inteqrasiya etmiş yeganə Azərbaycan kanalıdır. İndi onun Avropa ölkələrində çoxsaylı partnyorları var. Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik şəffaq bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xatirinə kölgə sala bilmərəm. Ona görə də namizədliyimi verməyəcəm. Kim seçilsə, ona kömək etməyə hazıram. Təki İctimai Teleradionun milli strateji xətti qorunsun", o qeyd edib.

İsmayıl Ömərov 2005-ci aprelində İctimai Televiziya və Radio Yayımları Şirkətinin ilk baş direktoru seçilib. Onun ictimai televiziya və radionun yaradılmasında, yaradıcı və texniki heyətinin seçilməsində mühüm rolu olub.

Aprelin 4-də İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edilib. Müsabiqə aprelin 19-da başa çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG