Accessibility links

Bidzina İvanişvili prezident Mixail Saakaşvilinin istefa çağırışlarından geri çəkilir


Gürcüstanda parlament seçkilərinin qalibi Bidzina İvanişvili prezident Mixail Saakaşvilinin istefa çağırışlarından geri çəkilir. Bu gün o bildirib ki, Saakaşvilinin istefası çağırışı ultimatum mahiyyəti daşımayıb. İvanişvili yeni hökumətin təşkilində prezidentlə əməkdaşlıq edilməsini təklif edib.

Gürcüstan parlamentinin spikeri David Bakradze İvanişvilinin prezidentin yeni hökumətin təşkilinə yardım çağırışlarını konstitusiyaya zidd adlandırıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili bazar ertəsi keçirilən parlament seçkilərində hakim partriyasının məğlub olduğunu etiraf edərək, müxalifətçi milyarder Bidzina İvanişvilinin qələbə çaldığını deyib.

Televiziya ilə çıxışı zamanı cənab Saakaşvili yeni hökumətin qurulmasında müxalifətə yardım edəcəyinə söz verib.

Seçki Komissiyası İvanişvilinin Gürcüstan Arzusu partiyasının hakim Milli Birlik Hərəkatı partiyasına 54 faizlə qələbə çaldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG