Accessibility links

İvanka və Melaniya Tramp Amerikanın populyar jurnallarının səhifələrində


Melaniya Trump
Melaniya Trump

ABŞ-da 2016-cı il prezident seçki yarışının intensivləşdiyi zaman respublikaçı namizəd Donald Trampın qızı İvanka Tramp və xanımı Melania Amerikanın populyar jurnallarına müsahibələr verib, oxucuların suallarını cavablandırıblar.

İndəyə qədər seçki və siyasətdən özünü kənarda saxlamağa çalışsa da, bu yaxınlarda üç uşaq anası olacaq İvanka Tramp “Town and Country” jurnalının üz səhifəsində müasir dövrün super qadını kimi göstərilir.

İvanka Tramp
İvanka Tramp

34 yaşlı keçmiş model olan İvanka hazırda Tramp Təşkilatı holdinqinin inkişaf və gəlirlər üzrə icraçı vitse-prezidentidir. O eyni zamanda, İvanka Tramp geyim və aksessuarlar brendinin sahibidir. Uşaqlıqdan dəbbədə ilə əhatə olunmasına baxmayaraq, İvanka Tramp universitetdə təhsil aldığı illərdən işləyib pul qazanmağa başlayıb. İlk işi model olsa da, İvanka təkcə kamera qarşısında dayanmaq deyil, daha ciddi biznes layihələri üzərində işləmək istəyib və işgüzarlığı ilə daşınmaz əmlak maqnatı olan atası Donald Trampın diqqətini cəlb edib. İvanka hazırda atasının “sağ əli” hesab edilir.

İvanka Tramp ailəsi ilə
İvanka Tramp ailəsi ilə

Professional qadın kimi məşğulluqla yanaşı, İvanka Tramp müasir işgüzar qadının nörmal ailə həyatına sahib ola bildiyini də nümayiş etdirir. Bir qızı və bir oğlulları olan İvanka Tramp və onun həyat yoldaşı, biznesmen Jared Kuşner üçüncü övladlarının dünyaya gəlisini gözləyir.

Melaniya Tramp
Melaniya Tramp

İvanka kimi Donald Trampın xanımı Melaniya da uzun müddət kölgədə qaldıqdan sonra Harper’s Bazaar jurnalına müsahibədə həyat yoldaşının prezidentlik kampaniyası və müvəffəq ailə həyatından danışıb. Melaniya ilk dəfə ictimaiyyət qarşısına Donald Trampla birlikdə veteran tele aparıcı Barbara Uoltersin proqramında çıxsa da, diqqət onda deyil, daha çox həyat yoldaşının üzərində idi. Bunun səbəbini o belə izah edib: “Mən ictimaiyyət qarşısında siyasətə üstünlük vermirəm, çünki bu mənim həyat yoldaşımın işidir. Mən şəxsi həyatda siyasətçiyəm, və mənimlə həyat yoldaşım arasında baş verən hər şeyi bilirəm.”

Melaniya Tramp eyni zamanda həyat yoldaşını hər zaman dinləsə də, həmişə şəxsi mövqeyi olduğunu vurğulayıb.

Melaniya Tramp
Melaniya Tramp

Əslən Sloveniyadan olan Melaniya üçün həyat yoldaşının siyasi kampaniyası zamanı müsəlmanların ölkəyə girişinə qadağa qoyulması haqda dedikləri təzadlı görünə bilər. O özü Sloveniyadan ABŞ-a 1996-cı ildə gəlib və Donald Trampla evlilikdən bir il sonra 2006-cı ildə Amerika vətəndaşı olub. Trampların Nyu-Yorkda toyunda Amerikanın məşhur musiçiqiləri, şou-biznes ustaları, idmançılar və siyasətçilər, o cümlədən ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun xanımı, hazırda Demokrat partiyasının prezident seçkilərində favoriti Hillari Klinton da iştirak edib.

Melaniya və Donald Tramp övladları Barronla
Melaniya və Donald Tramp övladları Barronla

45 yaşlı Melaniya Donald Trampın üçüncü həyat yoldaşıdır. Onların Barron adlı doqquz yaşlı oğlu var. Melaniya həyat yoldaşının siyasi kampaniyası ətrafında gedən debatlara münasibətini bildirib. Qədim üslubda qızıl çərçivəyə salınmış güzgülər, divarlar və tavanın qızılla işləndiyi və ekzotik heyvan fiqurların yerləşdirildiyi Versal kral sarayına bənzər Tramp iqamətgahında müsahibə verən Melaniya Trampların dəbdəbəli həyatını da nümayiş etdirib.

Dilşad Əliyarlının "Qadın dünyası" bloqunu burada izləyə bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG