Accessibility links

İvica Dacic: Cənubi Qafqaz təhlükəsizlik baxımından Avropa üçün əhəmiyyətlidir


Elmar Məmmədyarov və İvica Dacic
Elmar Məmmədyarov və İvica Dacic

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin müavini və xarici işlər naziri İvica Dacic iyunun 1-də prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiyaların (Ümid Partiyası, Vətəndaş Həmrəliyi Partiyası, Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası) sədrləri ilə görüşüb.

Görüşlərdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həllinə bilavasitə məsul olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin mümkün olduğunu nəzərə çatdırıb.

Elmar Məmmədyarov və İvica Dacic
Elmar Məmmədyarov və İvica Dacic

Elmar Məmmədyarov ATƏT-ə sədrliyi müddətində Serbiya tərəfindən Ermənistanın təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası, ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi, münaqişə nəticəsində itkin düşmüş hesab olunan 4000-dən artıq azərbaycanlının taleyi barəsində məlumat mübadiləsinin həyata keçirilməsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulması kimi məsələlərin qaldırılmasını xahiş edib.

İvica Dacic bildirib ki, münaqişənin həllində Helsinki Yekun Aktının müddəalarına əməl edilməli və ikili standartlar aradan qaldırılmalıdır.

"Cənubi Qafqaz regionu təhlükəsizlik baxımından Avropa üçün əhəmiyyətlidir". ATƏT-in fəaliyyətdə olan sədri Elmar Məmmədyarovla görüşününün yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

İ.Dacic vurğulayıb ki, ərazi bütövlüyü məsələsi Serbiya üçün vacibdir.

Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, tərəflər münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirməlidir.

"Bununla yanaşı, tərəflər atəşkəs rejimi haqqında razılaşmanın şərtlərini yerinə yetirməlidirlər. Hesab edirəm ki, Helsinki aktının yekun sənədindən irəli gələn prinsiplər münaqişənin həlli zamanı nəzərə alınmalıdır", Dacic qeyd edib.

Azərbaycan xarici işlər naziri isə Daçiçin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa irəliləyiş olacağını gözləyir. Nazirchesab edi ki, artıq problemi yerindən tərpətməyin vaxtı yetişib.

"Bütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışır ki, məsələ yerindən tərpənsin. Ola bilsin ki, yaxın vaxtarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq”, Məmmədyarov qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG