Accessibility links

Fil Dişi Sahilinin şokoladı [Video]


Fil Dişi Sahili dünya boyu kakao istehsalına görə ən yüksək pillədə olsa da, burada şokolad az qala istehsal edilmir. Buranın kakaosu şokolad istehsal edən Avropa və digər ölkələrə göndərilir. Bu, Afrikanın ən böyük problemlərindəndir – böyük miqdarda xammalın ixracı və ölkə daxilində istehsalatın cüzi olması.

Süzan Kabbani Fil Dişi Sahilində şokolad istehsal edən bir neçə mütəxəssisdən biridir. “Baxın, bu 100 faiz kakaodur. Bunun içərisində darçın var. Bunun üzərinə isti süd tökən kimi isti şokolada çevrilir."

Qərbi Afrika ölkələrinin çoxunda kakao ən çox yetişdirilən məhsuludur. Lakin onlar çox az şokolad istehsal edir. Mağazalardakı şokoladın çoxu xaricdən gəlir.

10 il əvvəl Süzan Kabbanı Fil Dişi Sahilində yerli məhsuldan yüksək keyfiyyətli şokolad istehsal etməyin mümkün olduğunu isbat etməyə qalxdı. Lakin yerli sakinləri buna inandırmaq çətin idi. “Biz insanlara “gəlin Fil Dişi Sahilində istehsal edilən şokolad alın” deyəndə, onlar heç bu şokoladın dadına belə baxmaq istəmirdilər. Onda mən şokolada yerlilərin diqqətini cəlb edəcək dadlar qatmağa başladım.”

Və bu, işə yaradı. Zəncəfil, qoz, kakos. Bu məhsulllardan yerli əhali çox istifadə edir.

"La Maison du Chocolat Ivorien" şokoladının müştəriləri əsasən orta sinif adamlardır və alış-veriş yaxşı gedir. Süzan Kabbani Abidcanda ikinci belə mağaza açmağı planlaşdırır.

Bəzi gənc, sabiq bankir Aksil Emmanuel kimi iş adamları da şokolad istehsalı biznesinə qoşulub. Lakin onun biznesi yaxşı getmədi və o, istehsalı genişləndirənədək bəzi sifarişlərdən imtina etməli oldu. “Onlar düşünür ki, insanları maraqlandırmayan şey nəyə görə istehsal edilsin, onları kim alacaq? Onlar tortlara üstünlük verir, çünki bilirlər ki, bu mal tez satılacaq. Şokolad isə bahadır. Bizim vəzifəmiz sadə afrikalıların ala biləcəyi, daha ucuz şokolad istehsal etməkdir.”

Şokolad mağazasından əlavə o, Fil Dişi Sahilində istehsal edilən şokoladı 200 franka küçədə satır.

Emmanulein növbəti hədəfi “Salon du Şokolad” sərgisində iştirak etmək və burada Fil Dişi Sahili şokoladının xarici məhsullarla rəqabətcil olduğunu sübut etməkdir.

XS
SM
MD
LG