Accessibility links

Bakıda iyulun ən isti günü olacaq


İsti gün
İsti gün

İyulun 25-də Abşeron yarımadasında havanın temperaturu 40 dərəcəyə yüksələcək. Bəzi rayonlarda isə 42 dərəcə isti gözlənilir.

İyulun 25-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 40 dərəcəyə yüksələcək. Sinoptiklərin məlumatına görə, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-29- dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA agentliyinə bildirib ki, iyul ayının ən isti günü sabah olacaq. “Sonrakı günlərdə belə istilər proqnozlaşdırlımır”.
Baş hidroloq deyib ki, son 20 il ərzində Bakıda ən isti illər 2010 , 2011, ən sərin illər isə 1993 və 2004-cü illər olub: “Azərbaycanda anomal istilər 2010-cu ildə qeydə alınıb. Həmin il iyulun 11-12-də Bakıda 40-41, bəzi Mərkəzi Aran rayonlarında 42-43, Culfada 44 dərəcə isti qeydə alınıb. Ötən il iyul ayının üçüncü ongünlüyündən başlayaraq avqustun 3-dək ölkə ərazisində güclü istilər olub. Həmin il iyulun 22-də Bakıda 40 dərəcə isti qeydə alınıb”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG