Accessibility links

Türkiyənin İzmir şəhərinin Bayraqlıdakı ədliyyə binasının qarşısında içərisi bomba ilə dolu maşınla hücum həyata keçirilib.

Partlayışla birlikdə silahlı qarşıdurmanın da yaşandığı bildirilir. Hadisə zamanı 2 nəfər həlak olub. Onlardan biri polis, digəri isə məhkəmə işçisidir.

Hücumun kürd yaraqlıları tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Vilayətin qubernatoru Erol Ayyıldız bildirib ki, qarşıdurma polis işçilərinin maşını dayandırmağa cəhd etdikləri vaxt baş verib.

Qubernator Ayyıldız hücumçuların avtomotik tüfəngləri, raketatanları və əl qumbaralarını hücumun arxasında PKK-nın durduğuna işarə kimi qiymətləndirib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Atışma zamanı terrorçuların ikisinin öldürüldüyü bildirilir. Yayılan məlumatlarda habelə partlayışın hakim və vəkillərin binaya daxil olduğu ərazidə törədildiyi deyilir. Artıq atışma dayanıb. İçərisi bomba ilə dolu avtomobilin partlamasından sonra baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 10 nəfər yaralanıb.

Anadolu xəbər agentliyi də 2 terrorçunun öldürüldüyünü, birinin isə axtarışının davam etdiyi bildirilir. Daxil olan məlumatlarda habelə əraziyə çoxlu sayda təcili tibbi yardım maşınlarının gəlməsi xəbəri də yer alır.

Partlayış insanların işdən çıxdığı vaxt törədilib.

XS
SM
MD
LG