Accessibility links

Müstəqil jurnalist ölkədən buraxılmayıb


İzolda Ağayeva (Foto Ağayevanın Facebook səhifəsindən götürülüb)

İzolda Ağayeva (Foto Ağayevanın Facebook səhifəsindən götürülüb)

Müstəqil jurnalist İzolda Ağayevanın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, martın 21-də Türkiyəyə gedərkən sərhəddən buraxılmayıb:

"İlk dəfə ötən ilin sentyabrında Ukraynadan qayıdanda, hava limanında adımın qarşısında "Stop" olduğunu öyrəndim. O vaxtdan bəri, dünən-martın 21-də ilk dəfə ölkədən çıxmağa cəhd etdim. Amma Dövlət Sərhəd Xidmətinin əməkdaşları ölkədən çıxışıma qadağa olduğunu dedilər. Qadağanın hansı qurum tərəfindən qoyulduğunu soruşdum. Dedilər ki, bunu özünüz yaxşı bilərsiniz. Bizim demək hüququmuz yoxdur. DİN-ə və DSX-ya müraciət edin, səbəbi öyrənin. Bu ilin mart ayında magistratura təhsilimlə bağlı, Türkiyədə imtahan vermək üçün qeydiyyatdan keçmişdim. Ölkədən çıxışıma qadağanın əsl səbəbinin mənə aydın olan hissəsi müstəqil jurnalist kimi, Meydan Tv ilə olan əməkdaşlığımdır. Bu qadağanın heç bir hüquqi əsası olmadığını bilirəm. Ona görə də vəkilimlə danışmışam. Məhkəməyə müraciət edəcəm".

Bir neçə gün əvvəl Meydan TV ilə əməkdaşlıq etdiyi üçün müstəqil jurnalist Gülər Mehdizadənin də ölkədən çıxışına qadağa qoyulduğu məlum olmuşdu.

Hüquq mühafizə orqanları jurnalistin ölkədən buraxılmamasının səbəbləri ilə bağlı hələ məlumat verməyib.

XS
SM
MD
LG