Accessibility links

Çərşənbə axşamı ABŞ-ın milli kəşfiyyat idarəsinin direktoru Ceyms Klapper Senatın Silahlı Qüvvələr Komitəsinə illik “Dünyada Təhlükələrin Qiymətləndirilməsi” hesabatını təqdim edib.

Hesabatda bütün dünyada yarana biləcək münaqişələr sırasında Dağlıq Qarabağ münaqişəsi də yer alıb.

Azərbaycan prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarkisyan

Azərbaycan prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarkisyan

Belə ki, 2015-ci ildə Azərbaycan və Ermənistan arasında separatçı Dağlıq Qarabağ regionu uğrunda gərginliyin artdığı qeyd edilir. Hesabatda bildirilir ki, Bakının dayanıqlı ordusu və Azərbaycandakı ağırlaşan iqtisadi durum münaqişənin 2016-cı ildə qızışmaq ehtimalını artırır. Azərbaycanın açıq bir şəkildə Dağlıq Qarabağ üzərində iddiasından imtina etməməsi, eləcə də Ermənistanın nəzarət etdiyi ərazidən əl çəkməməsi də münaqişənin sülh yolu ilə həllini çətinləşdirir.

Hesabatda həmçinin Rusiyanın regionda artan təhlükəsi də qeyd olunur. Ceyms Klapper qeyd edir ki, 2014-cü ildə Ukrayna böhranı başlayandan bəri Moskva Avrasiyada nüfuzunu möhkəmləndirmək səylərini ikiqat artırıb. Ukrayna hadisələri sabiq Sovet respublikalarında rejim dəyişikliyinin qarşısını almaq məqsədilə Moskvanın regiondakı mövcudluğunu artırmasını zəruriləşdirib. Rusiya çoxqütblü dünyaya keçidi tezləşdirməyə çalışır ki, belə bir dünyada Rusiya Avrasiyanın danılmaz regional hegemonu olacaq. Elə bu səbəbdən də Moskva qonşu Ermənistan, Belarus, Qazaxstan, Qırğızıstanı nümunə alaraq Moskvanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqıda qoşulmaq üçün təzyiqləri artıracaq.

Qarakənd yaxınlığında vurulan helikopter

Qarakənd yaxınlığında vurulan helikopter

Bundan əlavə Ceyms Klapper hesabatında İŞİD-in yaratdığlı təhlükəyə böyük yer verib. Onun bildirdiyinə görə, Birləşmiş Ştatlar və müttəfiqləri 2016-cı ildə terror təhlükələri ilə üzləşəcək. Əsasən də ABŞ xaricdə apardığı hərbi, siyasi və iqtisadi səylərinə görə, ekstremizmin əsas hədəfinə çevriləcək. Sünni ekstremistlər də ABŞ-a qarşı hücumlar planlaşdıracaq.

Klapper həmçinin qeyd edir ki, İŞİD İraq və Suriyadan başqa digər ölkələrdən də döyüşçülər cəlb edir. 2012-ci ildə Suriya münaqişəsi başlayandan bəri 36 min 500 xarici döyüşçü İŞİD-ə qoşulub. Buna səbəb kimi hesabatda demoqrafik, iqtisadi, siyasi, sosial və texnoloji amillər göstərilir ki, onlar qruplar və fərdi şəxslərin ekstremist fəaliyyətlərdə iştirakına yol açır.

Show comments

XS
SM
MD
LG