Accessibility links

James Steinberg: Amerika Azərbaycanla strateji əməkdaşlığa böyük önəm verir


James Steinberg: Amerika Azərbaycanla strateji əməkdaşlığa böyük önəm verir

James Steinberg: Amerika Azərbaycanla strateji əməkdaşlığa böyük önəm verir

Cənab Steinberg Amerikanın Səsi radiosunun demokratiya, insan haqları və siyasi islahatlarla bağlı sualının cavabında deyib ki, Amerika bununla bağlı həm prezident Əliyev, həm də Azərbaycan hökuməti ilə müntəzəm görüşlər keçirir.

Bu gün Amerika Dövlət katibinin birinci müavini James Steinberg Azərbaycana səfərə gəlib. O prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Cənab Steinberg Bakı Hava limanında jurnalistlərə bildirib ki, Amerika Azərbaycanla strateji əməkdaşlığa böyük önəm verir. “Əsas məqsədimiz prezidentlə görüşümüzdə ölkələrarası və ikitərəfli əməkdaşlığı dərinləşdirməkdir. Biz ölkələrimizin təhlükəsizlik sahəsində əməkdaşlığına çox böyük önəm veririk və bu mühüm əməkdaşlığı davam etdirmək istəyirik. Mənim bu günki görüşüm prezidentlərin və dövlət katibinin görüşünün davamı olacaq”, - deyə o qeyd edib.

Dövlət katibinin müavini Dağlıq Qarabağ problemi ilə bağlı sualın cavabında deyib ki, Amerika Minsk prosesində çox yaxından iştirak edir və bu prosesə çox sadiqdir. “Biz istəyirik ki, Ermənistan və Azərbaycan ortaq maraqlarına uyğun olaraq problemin Helsinki yekun prinsiplərinə əsasən həll olunması üçün ortaq məqama gəlsinlər. Ermənistandakı görüşlərim zamanı da qeyd etdim ki, tərəflər çeviklik və uyarlılıq göstərməlidir ki, hər iki tərəfin maraqlarına xidmət edən yekun razılıq əldə olunsun. Mən bu gün prezident Əliyevlə də görüşümdə onun fikir və rəylərini öyrənəcəm, həmçinin fikir mübadiləsi aparacam ki, prosesi necə irəli aparmaq olar ki, bölgədəki bütün insanların rifahı təmin olunsun”.

Cənab Steinberg Amerikanın Səsi radiosunun demokratiya, insan haqları və siyasi islahatlarla bağlı sualının cavabında deyib ki, Amerika bununla bağlı həm prezident Əliyev, həm də Azərbaycan hökuməti ilə müntəzəm görüşlər keçirir. “Biz istəyirik ki, bütün bu fəaliyyətlər sonda Azərbaycanda tolerant cəmiyyətin yaranmasına gətirib çıxarsın və cəmiyyətdəki bütün vətəndaşların iştirak edə biləcəyi bir vəziyyət, şərait yaransın. Bundan başqa, son antikorrupsiya təşəbbüslərini çox alqışlayırıq və hesab edirik ki, bu çox müsbət addım və təşəbbüsdür. Azərbaycanda güclü vətəndaş cəmiyyətinin yaradılmasında maraqlıyıq. Bundan başqa istəyirik ki, Azərbaycanın enerji sahəsindəki uğurları davam etsin və enerji marşrutlarının şaxələndirilməsində də biz öz köməyimizi davam etdirəcəyik”.

Dövlət katibinin müavini bundan öncə də prezident Əliyevə Minsk prosesində yaxından iştirak etdiyi və öz müsbət münasibətini göstərdiyi üçün minnətdarlığını bildirib. “Biz tərəflərin səylərinin nəticə verəcəyinə şübhə etmirik. Mən prezident Serj Sarkisyanla da görüşümdə bildirdim ki, tərəflər bir araya gələrək fəaliyyətlərini müsbət ruhda davam etdirməlidirlər ki, regiondakı hər iki tərəfin maraqlarına uyğun nəticə əldə edilsin”, - deyə o qeyd edib.

XS
SM
MD
LG