Accessibility links

Minsk qrupunun həmsədrləri cəbhədəki durumu müzakirə edəcək


Ceyms Uorlikin Twitter hesabı

Ceyms Uorlikin Twitter hesabı

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Vyanada görüşəcək.

Minsk qrupunun amerikalı həmsədri C.Uorlik Twitter hesabında yazır ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı prosesi ilə bağlı danışıqların gedişi və həmsədrlərin məsələnin həlli ilə əlaqədar göstərdikləri səylər barədə məlumat verəcək. Amma cənab Uorlikmüzakirələrin kiminlə aparılacağı barədə məlumat vermir.

"Biz münaqişənin həllini prioritet etməliyik", Uorlik qeyd edib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq danışıqlar prosesinin gedişini müzakirə etmək üçün bir qayda olaraq həmsədrlər Minsk qrupunun üzvlərinə və ATƏT-in fəaliyyətdə olan sədrinə hesabat verir, danışıqların perspektivlərini müzakirə edir.

Son dövrlər Ermənistan-Azərbaycan cəbhə xəttində ciddi gərginlik, fasiləsiz atışmalar və çoxsaylı itkilər qeydə alınır. Həmsədrlər Ceyms Uorlık (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya), həmçinuin ATƏT-in fəaliyyətdə olan sədri cəbhədəki gərginlikdən narahatlıqlarını bildirib.

Həmsədr dövlətlərin dəfələrlə cəbhədə status-kvonun dəyişməsinin vacibliyini qeyd etməsinə baxmayaraq danışıqlar yolu ilə nizamlanmada hər hansı irəliləyiş qeydə alınmır və tərəflər aktiv hərbi əməliiyatlar riskini artıran bəyanatlarla çıxış edir.

Diplomatik mənbələr Vyana görüşündə bütün bu məslələrin diqqət mərkəzində olacağını güman edir.

XS
SM
MD
LG