Accessibility links

Türkiyə Jandarma Qüvvələrinin komandanı, ordu generalı Qalib Mendi Azərbaycana gəlib.

Report agentliyinin məlumatına görə, Heydər Əliyev adına beynəlxalq hava limanında qonağı Azərbaycanın rəsmi şəxsləri və Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıblar.

Səfər zamanı Q.Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

XS
SM
MD
LG