Accessibility links

Dəcəlliyə görə meşəyə atılan uşaq daxmada tapılıb


Keçən həftə valideynləri tərəfindən meşəyə atılan 7 yaşlı Yamato Tanokanı kütləvi axtarış dəstəsi üzvləri deyil, bu gün təsadüfən bir əsgərin tapldığı deyilir.

Rəsmilərin bildiyinə görə, uşağın vəziyyəti yaxşıdır və əsgərin ona təklif etdiyi düyü şirniyyatlarını yeyib.

Yamato rəsmilərə hərbi ərazidəki boş daxmaya çatana qədər bir neçə km yol getdiyini deyib. O, daxmanın qapısının açıq olduğunu, yaxınlıqdan axan suyun onun yeganə qidası olduğunu və daxmadakı döşəklərin arasında yatdığını bildirib.

Uşağın atası deyib ki, insanları və maşınları daşa basdığına görə tənbeh etmək məqsədilə keçən həftənin şənbə günü həyat yoldaşı ilə birlikdə onu ayıların çox olduğu Hokkaydo adasındakı meşəyə aparıblar. Atasının dediyinə görə, bir neçə dəqiqə sonra geri dönəndə uşaq artıq orada yox imiş.

Oğlunun səhhəti yaxşılaşandan sonra televiziya ilə çıxış edən ata göz yaşı içərisində oğullarını çox sevdiklərini deyib və belə bir addım atdıqlarına görə üzr istəyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG