Accessibility links

Yaponiyada yenidən güclü yer titrəyişləri baş verib

  • Amerikanın səsi

Yaponiyada yenidən güclü yer titrəyişləri baş verib

Yaponiyada yenidən güclü yer titrəyişləri baş verib

Ölkənin şimal-şərq hissəsində sunami xəbərdarlığı verilib

Yaponiyada bu gün yenidən şiddətli yer titrəyişlərinin baş verməsi nəticəsində elektrik stansiyalarının işi dayanıb. Ölkənin şimal-şərqində sunami xəbərdarlığı verilib. Xəbərdarlıq iki saatdan sonra götürülüb, lakin sakinlərə sayıqlıq göstərmək tövsiyə edilib.Tokio Elektrik Enerjisi şirkəri Fukişima atom elektrik stansiyasında fövqəladə vəziyyətin elan olunduğu, ya da yaralananlar olduğu haqda məlumatın verilmədini bildirib. Yerli vaxtla axşam saat 11:30-da baş vermiş yer titrəyişlərindən sonra stansiyanın işçiləri sığınacağa aparılıblar. ABŞ-ın Geoloji Araşdırma idarəsi Rixter şkalasına görə 7,1 bal gücündə olan zəlzələnin episentrinin dənizin 40 kilometr dibində olduğunu bildirib. Bundan öncə zəlzələnin 7,4 gücündə olduğu deyilmişdi. Amerikanın səsinin müxbiri zəlzələnin Tokioda hiss olunduğunu bildirib. Yaponiyanın meteorologiya idarəsinin rəsmisi güclü yer titrəyişlərinin bundan sonra da qeydə alına biləcəyini, bunun nəticəsində isə evlərin dağıla və torpaq sürüşmələrinin baş verə biləcəyini deyib.

XS
SM
MD
LG