Accessibility links

Dünya ölkələri Yaponiyaya zəlzələ və sunamidən sonra yardım edir

  • Amerikanın səsi

Dünya ölkələri Yaponiyaya zəlzələ və sunamidən sonra yardım edir

Dünya ölkələri Yaponiyaya zəlzələ və sunamidən sonra yardım edir

Beynəlxalq xilasetmə qrupları və yardım təşkilatları şiddətli zəlzələ və güclü sunaminin nəticələrinin aradan qaldırılmasında Yaponiyaya yardım etmək üçün ölkəyə gəlməyə davam edir. Xilasetmə səyləri və yardım çatdırmaq üçün BMT-nin ekspertləri Yaponiyadadır. 70-dən çox ölkə Yaponiyaya yardım təklif edib. Cənubi Koreya və Çinin təcrübəli yardım qrupları da artıq Yaponiyadadır. Birləşmiş Ştatların USS Ronald Reyqan təyyarə daşıyan təmisi bu gün Yaponiya sahillərinə yetişib. ABŞ-ın Yaponiyadakı səfiri Con Roos deyib ki, Birləşmiş Ştatlar mümkün hər köməyi etməyə hazırdır. ABŞ-ın nüvə ekspertləri də iki nüvə reaktorunda problemlərin həlli üçünYaponiyaya yardım etmək məqsədilə ölkəyə göndərilib.

XS
SM
MD
LG