Accessibility links

Dmitri Medvedev Yaponiyanın iddia etdiyi adalara ikinci dəfə səfər etməyi planlaşdırır

  • Amerikanın səsi

Dmitri Medvedev Yaponiyanın iddia etdiyi adalara ikinci dəfə səfər etməyi planlaşdırır

Dmitri Medvedev Yaponiyanın iddia etdiyi adalara ikinci dəfə səfər etməyi planlaşdırır

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirir ki, prezident Dmitri Medvedev Rusiyanın nəzarətində olan, lakin Yaponiyanın iddia etdiyi adalara ikinci dəfə səfər etməyi planlaşdırır. Lavrovun bildirdiyinə görə, cənab Medvedev ona mübahisəli adalara səfər etməyi planlaşdırdığını deyib. Dmitri Medvedev arxipelaqa səfər etmiş ilk Rusiya prezidentidir. Sovet ordusu Kuril adalarını İkinci Dünya müharibəsinin sonunda Yaponiyadan almışdır. Yaponiya adalara özünün Şimal Əraziləri kimi baxır. Yaponiya bildirib ki, cənab Medvedevin Kunaşir adasına səfəri ilə bağlı daha ətraflı məlumat almaq üçün müvəqqəti olaraq Moskvadakı səfirini geri çağırır.

XS
SM
MD
LG