Accessibility links

Seiji Maehara:"Tokio ərazi mübahisəsini həll etmək üçün danışıqlar apararaq, Moskva ilə əlaqələri möhkəmləndirmək istəyir."


Yaponiyanın Xarici İşlər naziri Seici Maehara
Yaponiyanın Xarici İşlər naziri Seici Maehara

Yaponiyanın Xarici İşlər naziri Seici Maehara bu gün təyyarə ilə Rusiyanın tərkibində olduğu, lakin Yaponiyanın iddia etdiyi dörd adanıın yaxınlığında uçub. Sahil mühafizə qüvvələrinin təyyarəsi Yaponiyanın hava hövzəsində qalıb. Xarici İşlər naziri onun təyyarədə olan müxbirlərə deyib ki, Tokio ərazi mübahisəsini həll etmək üçün danışıqlar apararaq, Moskva ilə əlaqələri möhkəmləndirmək istəyir. Yaponiya adalar qrupunu Şimal Ərazilər, Rusiya isə Cənub Kuril adaları adlandırır. Burada ofşor neft və təbii qaz yataqlarının yerləşdiyinə inanılır. Keçən ay Rusiya prezidenti Dmitri Medvedevin adalarndan birinə səfər etməsi Yaponiyanın etirazına səbəb olmuşdu. Sovet İttifaqüı adaları İkinci Dünya müharibəsinin son günləri ələ keçirmişdi. Mübahisə Tokio və Moskvanın müharibədən sonra sülh müqaviləsinə imza atmamasının səbəbi kimi göstərilir.

XS
SM
MD
LG