Accessibility links

Sakit okeandan gələn Vipa qasırğası güclü küləkləri və yağışları ilə Yaponiya adalarına doğru hərəkət edərək, azı 13 nəfərin həyatına son qoydu. Saatda 180 km sürətlə gələn qasırğa Tokio şəhərindən yan keçərək, qatarların və uçuşların dayanmasına, məktəblərin və idarələrin bağlanmasına səbəb olub.

Qasırğanın ən çox zərər verdiyi bölgə Tokionun cənubundakı İzu Oşima adası olub ki, bu adada azı 38 nəfərin itkin düşdüyü, kəndlərdəki evlərin dağıldığı və ya yerlə-yeksan olduğu bildirilir.

Vipa qasırğasının hələ də problemli Fukuşima nüvə stansiyasına da zərər verəcəyi gözlənilir.
XS
SM
MD
LG