Accessibility links

Hər kəs Cey Z ilə Beyonsenin bacısı arasında mübahisənin təfsilatını gözləyir


Hər kəs Cey Z ilə Beyonsenin bacısı Solanj arasında mübahisənin təfsilatını gözləyir. Məşhur üçlük isə hadisə barədə susmaqda davam edir.

New York Daily News yazır ki, mübahisə Solanj dostlarının Met Qala mərasiminə daxil ola bilməsi üçün Cey Z-nin adından istifadə etməsinə görə Cey Z-nin Solanjı qınaması ilə başlayıb.

Görünür sonradan Cey Z ilə Beyonse Rihannanın keçirdiyi ziyafətə təklikdə qoşulmağı planlaşdırdığına görə Solanj repperlə dava etməyə başlayıb.

İnsidenti müzakirə etmək və barışmağa könülsüz olan bacılar deyəsən instagram veb səhifəsinə üz tutub. Solanj veb səhifəsindən bir şəkildən başqa məşhur bacısının bütün şəkillərini silib.

Beyonseyə gəldikdə isə müğənni bunları yazıb: “Düzgün yolla gedə bilməm üçün dostlarımı seçməkdə mənə müdriklik ver” , “Düzgün dəyərləndirməyim üçün, mənə mənfi təsir göstərən adamlardan uzaq ola bilməm üçün güc ver.”

Siz də elə bilirdiniz sizin ailə problemləriniz var?
XS
SM
MD
LG