Accessibility links

Braziliyalı tələbə ölkəsində korrupsiyaya son qoyulmasını tələb edir


Cayana Nikaretta Da Silvadır

Cayana Nikaretta Da Silvadır

Braziliya prezidenti Dilma Rouseff hökümətin siyasi islahatlara başlamaq üçün referendum keçirəcəyini deyib.

Təxminən bir həftə bundan əvvəl başlamış etiraz aksiyaları davam edir. Hökumət əleyhinə nümayişlərdə əhalinin müxtəlif təbəqələri ilə birgə gənc tələbələr də iştirak edir. Bu tələbələrdən biri də Cayana Nikaretta Da Silvadır.

O, Amerikanın səsinə (www.amerikaninsesi.org) Braziliyada belə genişmiqyaslı bir etiraz aksiyasının uzun zamandır olmadığı deyib. İnsanlar artıq korrupsiyaya, yüksək dərəcədə inflyasiyaya, ədalətsizliyə dözə bilmir deyə, Cayana bildirib.

Cayana Nikaretta Da Silva: “İnsanlar ictimai səhiyyə və təhsil sahələrində inkişaf, eyni zamanda ölkədə korrupsiyaya son qoyulmasını tələb edir.”

Cayana Facebook sosial şəbəkəsi də daxil olmaqla müxtəlif sosial media vasitələri ilə dostları və tələbə yoldaşları ilə nümayişlərdə toplaşmaq üçün əlaqə yaradır.

Nümayişlər 2016-cı ildə keçiriləcək yay oyunları, həmçinin gələn il dünya futbol çempionati və konfederasiya kuboku uğrunda oyunlar üçün milyardlarla dollar vəsaitin xərclənməsinə etiraz olaraq keçirilib.
XS
SM
MD
LG