Accessibility links

Əjdər Tağızadə: İran xalqların, xüsusən 35 milyonluq azərbaycan türkünün zindanıdır


Əjdər Tağızadə: İran xalqların, xüsusən 35 milyonluq azərbaycan türkünün zindanıdır

Əjdər Tağızadə: İran xalqların, xüsusən 35 milyonluq azərbaycan türkünün zindanıdır

Misir və Tunis hadisələrinin İrana təsirləri, ərəb inqilablarının hərəkətverici qüvvələri, İranda Yaşıl Hərəkatın durumu, milli haqları uğrunda mübarizə aparan azərbaycanlıların İran hərəkatında rolu

Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsi radiosuna müsahibəsində Misir və Tunis hadisələrinin İrana təsirləri, ərəb inqilablarının hərəkətverici qüvvələri, İranda Yaşıl Hərəkatın durumu, milli haqları uğrunda mübarizə aparan azərbaycanlıların İran hərəkatında rolundan danışıb.

Sual: Ərəb inqilablarının İrana təsirləri nədir?

Cavab: İran adlanan yerdə Misirdən, Tunisdən, şimali Afrikadan örnək olaraq mitinqlər keçirilir. Orada rejimin içindən olan müxalifətin başında duran Mirhüseyn Musəvi vı Mehdi Kərrubi fevralın 14-də bir mitinq çağırdılar. Mirhüseyn Musəvi və Mehdi Kərrubi evlərindən xalqın içərisinə buraxılmadı. Buna baxmayaraq, insanlar hələ bir gün öncədən evlərinin damına çıxaraq “Allahu Əkbər, Diktator rəhbər”, “Ölüm olsun diktatora” şüarları səsləndirib. Etiraz aksiyaları zamanı 3 nəfər qətlə yetirilib, bir neçə yüz adam xəsarət alıb, minlərlə adam həbs edilib.

Artıq Yaşıl Hərəkatı bir çox təşkilatlar, qruplar, o cümlədən Birlik Partiyasının gəncləri, Siyasi Məhbuslar təşkilatları da dəstəkləyib. Xalq da mitinqlərə çox maraq göstərir.

Misir hadisələri zamanı ali rəhbər Seyid Əli Xomeneyi demişdi ki, Misirdə xalq hərəkatı İran İslam İnqilabından ruhlanıb. Orada da islam dövləti qurulacaq. Onun dediyinin əksinə olaraq, hətta İran rejiminin dostu olan İslam Qardaşlığı Təşkilatı belə demokratik dəyişiklikləri dəstəklədi. Tunisdə də belə oldu.

Sual: Ərəb dünyasında bir İslam Qardaşlığı təşkilatı var. İran da islam dövlətidir. Buradakı inqilabi situasiyada islam qardaşlığının rolu nə ola bilər?

Cavab: Misirdə olan İslam Qardaşları sünni təşkilatıdır. Vaxtı ilə onun İran adlanan yerdə tərəfdarları olub və Nəvvab kimi tərəfdarları olub. Sonra onlar baş nazir Rəzmanəni terror etdilər və özləri də güllələndi. İran rejimi İslam Qardaşlığı ilə əlaqədə olduğunu deyib. Ancaq, bunlar sünni təşkilatıdır. İranda isə şiə olanlar istəyirlər ki, sünni təşkilatları ilə əlaqə qurub dini ideya altında farsların hegemonluğunu təmin etsinlər. Öz növbəsində, sünni təşkilatları İranı qəbul etmir. Çünki dünyada 1,5 milyard sünni müsəlmanın içərisində 150 milyonluq şiə və bunun içərisində 50 milyonluq farslar dini ad altında dünyaya hegemonluq etsinlər.

Tunis müxalifətinin rəhbəri də Fransadan qayıdan kimi dedi ki, biz dini islahat və Xomeneyini tanımırıq. Misirdə də İslam Qardaşları dünyəviliyi seçdi və təşəbbüsü ələ ala bilmədi. Misirdə hakimiyyət elə ötürüldü ki, ərəb dünyası da, Misir də, Amerika da, qərb də ümumi razılığa gəldilər və irticaçı qüvvələrin bəhrələnməsinə imkan vermədilər. İran adlanan yerdə də bütün xalqlar Misir və Tunisdəki kimi diktaturaya qarşı birləşib.

Sual: Mirhüseyn Musəvi bildirdi ki, ərəb inqilabları İran hərəkatından qaynaqlanıb. İranda Yaşıl Hərəkat qalib gələcək. Siz Yaşıl Hərəkatın qalib olacağına inanırsınızmı?

Cavab: Zaman-zaman İran adlanan yerdən Misir faydalanıb. Vaxtı ilə doktor Müsəddiq dövründə İran nefti milliləşdirəndə Misir və qonşu ölkələr bundan faydalanıb. İran adlanan yerdəki islam inqilabından da bunlar faydalanıb. Amma, son zamanlar İran inqilabının 32-ci ildönümü olduğu bir vaxtda bütün region İran islam rejimindən çəkinir. Farsla ərəblər arasında daim savaş olub. Nə farslar 1500 il öncəki yaranı unudub, nə də ərəblər farsların islamda şiə adı altında parçalanma yaratdıqlarını unudub. Ərəblər yaxşı bilir ki, farslar regionda hegemonluğu ələ almağa, jandarma olmağa çalışır. Bir tərəfdən terrorizmi dəstəkləyir, digər tərəfdən jandarma olmaq istəyir, nüvə silahı yaratmağa çalışmaqla dünyanı qorxu içərisində saxlayır. Digər tərəfdən isə İran xalqların, xüsusən 35 milyonluq azərbaycan türkünün zindanıdır. Azərbaycan türkləri azadlıqlarını istəyir. Əhmədinejat Misirə çağırış edir ki, qalxın, səsinizi dəstəkləyin, kimi istəyirsiniz seçə bilərsiniz. Ona cavabda Mirhüseyn Musəvi bildirib ki, necə olur ki, İran rəhbərləri Misirdə azad seçki, millətlərin azadlıqlarını, demokratiyanın qalib gəlməsini istəyir, amma İrana gələndə deyir ki, xalqlar İran hakimiyyətini dəstəkləyir. Azad seçki keçirin hamı görsün ki, xalq kimi dəstəkləyir. Heç olmasa xalqların bir mitinqinə icazə verin.

Hesab edirəm ki, istər İranda istərsə də regionda demokratik hərəkatların qələbəsi xalqların da azadlığa qovuşmasına yol açacaq.

Sual: Azərbaycan milli hərəkatı nə yerdədir? Yaşılları müdafiə edir və ya müstəqil mübarizəyə üstünlük verir.

Cavab: Mirhüseyn Musəvi rejimin öz içərisindən çıxan müxalifətdir. O da azərbaycanlıdır və ali dini rəhbərin qohumudur. Hər ikisi Azərbaycanın Xamnə kəndindəndir. Söhbət kənddən getmir və siyasətdə qohum, dost anlayışı qəbul edilmir. İstər Musəvi olsun, istərsə digər müxalifət olsun Azərbaycan xalqının varlığını qəbul etməlidir. İndi hakimiyyət həssasdır ki, bölgədə kiçik bir hadisə belə baş verməsin. Əlbəttə hər hansı hərəkat demokratiyanın xeyirinədir. Diktaturanın qalması İranda bütün xalqların ziyanınadır. Rejimin daxilində ziddiyyət nə qədər çox olarsa, o qədər də bizim xeyrimizədir. İndi ziddiyyətlər rejimin zirvəsində gedir. Sonuncu hadisələr də göstərdi ki, ziddiyyətlər az qalır Əhmədinejatla Xameneyi qarşıdurmasına yüksəlsin. İcraedici qüvvələrlə qanunvericilər arasında mübarizə gedir. Parlamentlə prezident arasında savaş gedir. Rəfsəncani ilə Əhməsinejat arasında savaş gedir. Artıq hakimiyyətin yüksək zirvəsi xalqdan oğurladıqları varı bölə bilmir.

İranda iqtisadi durum da çox ağırdır. Bütün millətlər, xalqlar rejimə qarşıdır. Minlərlə insanın həbs edilməsinə baxmayaraq insanlar geri çəkilmir. Bunların hakimiyyətə gəldiyi “Allahu Əkbər” şüarı indi özlərinə qarşı yönəlib. Peşəvəri demişkən Tehran viran olmasa Azərbaycan abad olmayacaq.

Tehranda qarşıdurma artan xətlə inkişaf edib hakimiyyəti devirməsə Azərbaycan azad olmayacaq. Necə ki, hadisələr Qahirədə başladı azadlıq gətirdi, vaxtı ilə Moskvada başladı və imperiya xalqlar azadlılarına qovuşdu. Güney Azərbaycan da öz siyasi platformasını cızır və İran rejimi çökən kimi azadlığına qovuşacaq.

XS
SM
MD
LG