Accessibility links

Aktrisa Cennifer Farley hamilə qaldığı körpəsinin beynində qüsur olduğunu eşitkdikdə çox qorxub


Cennifer Farley həkimlər onun hamilə qaldığı qızının beynində qüsur olduğunu dedikdə çox qorxub. Amma deyəsən daha sonra xəta sovuşub.

“The Jersey Shore” serialının ulduzu bloqunda ultrasəs aparatında uşağın beynində qüsur göründükdən sonra həkimlər ona mütəxəssisə müraciət etməsini məsləhət verdikdə bərk qorxduğunu və ağladığını söyləyib.

Növbəti gün müayinədən sonra ekspertlər aktrisaya bu növ halların hamiləlik dövründə qadınların 1 və ya 2 faizində baş verdiyini, amma zaman keçdikcə qüsurun çəkiləcəyini deyib.

28 yaşlı aktrisa “Mən bu xəbərə sevindim, amma yenə də ürəyimdə bir narahatlıq hissi var idi” deyib.

Amma yenə də Cennifer Farley həkimin yanından ruh yüksəkliyi ilə çıxıb.

Növbəti dəfə eşidəndə ki, ilk dəfə aparat səhv nəticə göstərib, aktrisa isterika içərisində gülməyə başlayıb. Belə ki, növbəti dəfə aparatla müayinədən keçdikdə nəticələr mənfi göstərib və aktrisaya narahatlığa heç bir əsas olmadığı deyilib.
XS
SM
MD
LG