Accessibility links

Məşhurlar: Cenifer Lopez konsertləri qədər kostyumlarına da diqqət yetirir


Cenifer Lopez konsertləri zamanı özünü tamamilə işinə həsr etməsi ilə tanınır. Və deyəsən 43 yaşlı müğənni ifası qədər geyimlərini dəyişməsinə də aludədir.

Lisaabonda Pavilao Atlantiko arenasına çıxan aktrisa və müğənni Lopez konsert zamanı kostyumlarını dəyişir. Onun parıltılı mavi qotazlı trikoda çıxışı bədənin məşhur formalarını nümayiş etdirir.

Səhnələrdən birində müğənninin sevgilisi Kasper Smartla birlikdə çəkildiyi məhəbbət haqda klipi böyük ekranda nümayiş etdirilib.

Şou zamanı J-Lonun əkizləri-Emmi və Maksın şəkilləri də ekranda nümayiş etdirilir.
XS
SM
MD
LG