Accessibility links

Jerar Depardye Rusiya vətəndaşlığı alıb


Jerar Depardye Ksavien
Jerar Depardye Ksavien

Rusiya prezidenti fransız aktyorun vətəndaşlığa qəbulu ilə bağlı fərman imzalayıb. Depardye Fransa prezidentinin vergi siyasətinə etiraz olaraq Fransa vətəndaşlığından çıxıb

Rusiya prezidenti Vladimir Putin yanvarın 3-də fransız aktyor Jerar Depardyeyə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Ötən il dekabrın sonlarında J.Depardye Belçikaya gedib. Aktyor yeni prezident Fransua Ollandın vergi islahatından (ildə bir milyondan çox gəlirə 75% vergi tətbiq edib) sonra yaşayış yerini dəyişmək qərarına gəlib. Sonradan Depardye bildirib ki, Fransa pasportunu təhvil verərək Belçika vətəndaşlığı istəmək niyyətindədir.

Bundan sonra media yazıb ki, Depardye Rusiya vətəndaşlıq ala bilər. Növbəti gün Putin bildirib ki, əgər Depardye Rusiya pasportu almaq istəsə, ala bilər.

“Rusiya Federasiyası Konstitusiyasının 89-cu maddəsinin “a” bəndinə əsasən 1948-ci ildə Fransada anadan olmuş Jerar Depardye Ksavienin Rusiya vətəndaşlığının qəbuluna dair müraciəti təmin olunsun”, - Kremlin məlumatında deyilir.
XS
SM
MD
LG