Accessibility links

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin təyyarəsi çərşənbə günü Kaliforniyanın cənub bölgəsindəki yaşayış məntəqəsində qəzaya uğrayıb.

Harriyer hərbi təyyarəsinin Meksika sərhədi yaxınlığında, San-Diyeqo şəhərindən şərqdə yerləşən İmperial yaşayış məntəqəsinə düşdüyü bildirilir. Qəza zamanı iki yaşayış evinə ziyan dəyib, lakin ölən və yaralanan olmayıb.

Pilot təyyarə qəzaya uğramazdan əvvəl tullana bildiyi üçün xəsarət almayıb, lakin hər ehtimala qarşı xəstəxanaya aparılıb.

Təyyarənin İmperial şəhərindən Arizona ştatının Yumadakı hərbi bazadan uçduğu deyilir.
XS
SM
MD
LG