Accessibility links

Ağdərili şəxs Nyu-Yorkda irqi nifrət zəminində qətl törədib


Nyu-York polisi bildirib ki, Merilend ştatının Baltimor şəhərindən 28 yaşlı ağdərili bir oğlan ötən həftə afrikalı-amerikalıları qətlə yetirmək məqsədilə Nyu-York şəhərinə gedib.

Ceyms Cekson daha geniş mətbuatın diqqətini çəkməsi üçün qətliyamı Nyu-York şəhərində həyata keçidiyini bildirib. Lakin Ceyms təkcə bir nəfəri, 66 yaşlı Timoti Kaucmenti öldürdükdən sonra hücumu dayandırıb.

Mən qaradərililərə uşaqlığımdan bəri nifrət edirdim, mən qaradərili kişilərə nifrət edirəm.
Ceyms Cekson

Cekson nifrət zəminində qətlə yetirmə ittihamı ilə həbs edilib. O, bazar ertəsi Kauçmenti qılıncla öldürdükdən sonra çərşənbə günü polis məntəqəsinə gedərək cinayət törətdiyini etiraf edib.

Prokuror deyib ki, Cekson xüsusilə ağdərili qadınlarla görüşən qaradərili kişilərə nifrət edirdi.

Ceksonun vəkili deyib ki, Ceksonun açıq-aşkar psixoloji problemi var.

Adının anonim saxlanılmasını istəyən polis rəsmisi New York Times-a bildirib ki, Cekson polisə “mən qaradərililərə uşaqlığımdan bəri nifrət edirdim, mən qaradərili kişilərə nifrət edirəm” deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG