Accessibility links

Cim Kərinin internetdə yayımlanan videosu qalmaqal yaradıb [Video]


Aktyor Funnyordie.com veb səhifəsində Soyuq Mətin Əl başlıqlı video yayımlayıb.

Cim Kəri videoda silah tərəfdarı və country mahnıları ifaçısı Çarlton Hestonu ABŞ-da silah qanununu ələ salmaqla təqlid edir.

Mahnıda Çarlton Hestonun 2000-ci ildə Milli Silah Assosiasiyasında etdiyi çıxışında silahının "yalnız soyuq və mətin əllərindən qoparmaqla ala biləcəklərini" deməsindən bəhs edilir.

İndi Kəri bu mahnını öz lirikası, təhqiramiz sözlərlə ifa etməklə silah tərəfdarlarını məsxərəyə qoyur.

Mahnıda Cim Kəri bu insanların hissiyatsız və çatışmazlıqlarını ört-bastır etmək üçün silahlardan asılı olduqlarını deyir.

Cim Kəri bu yaxınlarda mahnının hazır olduğu barədə pərəstişkarlarını xəbərdar etmək üçün Tweeter hesabında məlumat yayıb. O, Tweeter hesabında hər kəsə gülləsiz gün arzulayıb.

XS
SM
MD
LG